Futbol üzrə Türkiyə kubokunda 1/16 final mərhələsinin daha 5 oyunu keçirilib.
"Report"un məlumatına görə, "Fənərbağça" doğma meydanda II liqa təmsilçisi "Karacabey Belediyespor"la qarşılaşıb. Görüş İstanbul klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 11-ci dəqiqədə qonaqların futbolçusu Onur Özcan öz qapısından keçirib. Meydan sahibləri 29-cu dəqiqədə azlıqda qalıblar. Qapıçı Altay Bayındır qırmızı vərəqə alaraq, meydandan qovulub. Beləliklə, İstanbul klubu çətin qələbə sayəsində 1/8 finala vəsiqə əldə edib.
Qeyd edək ki, bugünkü matçlardan sonra "Fənərbağça" ilə yanaşı, "Erzurumspor", "Qaziantepspor", "Alanyaspor" və "Adana Demirspor" növbəti mərhələyə adlayıb. "Trabzonspor" isə ölkə kubokunda mübarizəni dayandırıb.