Türkiyə kuboku: "Beşiktaş"ın finaldakı rəqibi bilindi

Türkiyə kuboku: "Beşiktaş"ın finaldakı rəqibi bilindi Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinin digər oyunu keçirilib
Futbol
17 Mart , 2021 23:45
Türkiyə kuboku: Beşiktaşın finaldakı rəqibi bilindi

Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinin digər oyunu keçirilib.

"Report"un məlumatına görə, "Antalyaspor" evdə "Alanyaspor"la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Antalya təmsilçisinin heyətində qolları 18-ci dəqiqədə Lukas Podolski və 82-ci dəqiqədə Hakan Özmert vurublar. "Antalyaspor" bu qələbə sayəsində finalda "Beşiktaş"a rəqib olub.

Qeyd edək ki, Türkiyə kubokunda final oyununun yeri və vaxtı hələ açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi