Türkiyə klubunun yeni baş məşqçisi bəlli oldu

Türkiyə klubunun yeni baş məşqçisi bəlli oldu Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb
Futbol
11 Mart , 2021 15:05
Türkiyə klubunun yeni baş məşqçisi bəlli oldu
Özcan Bizati

Türkiyənin "Gənclərbirliyi" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report" klubun rəsmi tvitter hesabına istinadən xəbər verir ki, Superliqa təmsilçisinin sükanı arxasına Özcan Bizati gətirilib.

53 yaşlı mütəxəssis bu vəzifədə 2 gün öncə istefaya göndərilmiş Mehmet Altıparmakı əvəzləyib. Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, "Gənclərbirliyi" ölkə çempionatında 27 turdan sonra 21 xalla sonuncu - 21-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi