Türkiyə klubunun prezidenti: "Ermənilərə lazımi dərs veriləcək"

Türkiyə klubunun prezidenti: "Ermənilərə lazımi dərs veriləcək" "İnanıram ki, işğaldakı torpaqlar azad ediləcək və yenidən Azərbaycanın olacaq"
Futbol
30 Sentyabr , 2020 17:04
Türkiyə klubunun prezidenti: Ermənilərə lazımi dərs veriləcək

Türkiyənin III Liqasında çıxış edən "Kırıkkale Böyük Anadolu" komandasının futbolçuları və texniki heyəti Azərbaycana dəstək olublar.

"Report"un məlumatına görə, komandanın baş məşqçisi Hasan Basri Kara ilə oyunçular hazırlıqdan əvvəl Azərbaycan və Türkiyə bayraqları açıblar. 

Klubun prezidenti Veli Uca jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda yaşayanlar onun qardaşlarıdır. "Hazırda Azərbaycanın işğalda olan torpaqları var. Oradakı qardaşlarımız ermənilərlə müharibədədir. Biz də hər platformada Azərbaycana dəstək oluruq. İdman da bunlardan biridir. Mənəvi mənada, bəlkə, dəstək verə bilərik deyə, bu addımı atdıq".

V.Uca Azərbaycanın işğal altında olan torpaqlarında ermənilərə lazımi dərsi verəcəyinə və türkün gücünü bütün dünyaya göstərəcəyinə inam ifadə edib: "Dualarımız hər zaman onlarladır. İnanıram ki, işğaldakı torpaqlar azad ediləcək və yenidən Azərbaycanın olacaq". 

Son xəbərlər

Orphus sistemi