Türkiyə klubunun futbolçusu qələbə sevincini qeyd etdiyi vaxt avtobusdan yıxıldı

Türkiyə klubunun futbolçusu qələbə sevincini qeyd etdiyi vaxt avtobusdan yıxıldı "Kocaelispor" komandasının futbolçusu Bahri Can Avcı Türkiyənin I Liqasına vəsiqə qazanmalarını qeyd edərkən, avtobusdan yıxılıb.
Futbol
313
29 May , 2021 10:37
Türkiyə klubunun futbolçusu qələbə sevincini qeyd etdiyi vaxt avtobusdan yıxıldı

"Kocaelispor" komandasının futbolçusu Bahri Can Avcı Türkiyənin I Liqasına vəsiqə qazanmalarını qeyd edərkən, avtobusdan yıxılıb.

"Report"un məlumatına görə, kollektiv üzvləri hərəkətdə olduqları vaxt Avcı üstü açıq avtobusdan yerə düşüb. Dərhal o, xəstəxanaya çatdırılıb. Klub futbolçunun səhhəti üçün ciddi problemin olmadığını bildirərək, ona tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, "Kocaelispor" pley-off oyununda "Sakaryaspor"u darmadağın edib - 4:0.

Son xəbərlər

Orphus sistemi