Türkiyə klubunun Emreli üçün təklifi "Legiya"nı qane etməyib

Türkiyə klubunun Emreli üçün təklifi "Legiya"nı qane etməyib Türkiyənin "Sivasspor" klubunun Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli üçün təklif etdiyi məbləğ bəlli olub.
Futbol
1384
22 Yanvar , 2022 10:04
Türkiyə klubunun Emreli üçün təklifi Legiyanı qane etməyib

Türkiyənin "Sivasspor" klubunun Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli üçün təklif etdiyi məbləğ bəlli olub.

"Report" "WP SportoweFakty" nəşrinə istinadən xəbər verir ki, Superliqa təmsilçisi 24 yaşlı hücumçu üçün 400 min avro ödəməyə hazırdır.

Bu məbləğ isə Varşava klubunu qane etməyib. Son ölkə çempionu Emrelini ən azı 1 milyon avrodan çox məbləğə satmağı hədəfləyir.

Nəşr bir neçə Türkiyə təmsilçisinin forvardla maraqlandığını, lakin onların yüksək təklif göndərməsinin inandırıcı olmadığını yazıb: "Vaxt ötdükcə Emreli meydanda zəif çıxış etməyə başladı. Həm bu, həm də "Legiya" ilə arasındakı qalmaqal oyunçunun imicinə və dəyərinə təsir edib. Həmçinin valyuta da problem yarada bilər. O, Türkiyənin bir neçə klubunun gündəmindədir. Ancaq yerli lirə zəifləyib və bu da klubların maliyyə sabitliyini aşağı salıb".

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Son xəbərlər

Orphus sistemi