Türkiyə klubunun baş məşqçisi Azərbaycan millisinin futbolçusunu tərifləyib

Türkiyə klubunun baş məşqçisi Azərbaycan millisinin futbolçusunu tərifləyib "Deniz Yılmaz istedadlı, səviyyəli və gələ biləcəyi yerlərə hələ gəlməyən bir oyunçudur"
Futbol
15 Yanvar , 2018 15:18
Türkiyə klubunun baş məşqçisi Azərbaycan millisinin futbolçusunu tərifləyib
Courtesy İmage

Bakı. 15 yanvar. REPORT.AZ/ Türkiyənin “Gənclərbirliyi” komandasının baş məşqçisi Ümit Özat Azərbaycan millisinin futbolçusu Deniz Yılmazın transferi ilə bağlı fikirlərini bölüşüb.

“Report”un məlumatına görə, 42 yaşlı mütəxəssis “Anadolu" Agentliyinə müsahibəsində deyib ki, 29 yaşlı hücumçu istedadlı və səviyyəli oyunçudur: “Deniz Yılmazı heyətimizə qatdıq. O, istedadlı, səviyyəli və gələ biləcəyi yerlərə hələ gəlməyən bir oyunçudur. İnanıram ki, “Gənclərbirliyi”ndə yüksəlişə nail olar”.

Qeyd edək ki, Deniz Yılmaz "Bursaspor”da maaş məsələsində rəhbərliklə problem yaşadığı üçün transferə çıxarılmışdı. Onun Türkiyədə legioner sayılmaması üçün Azərbaycan pasportundan imtina edəcəyi iddia olunur.

Son xəbərlər

Orphus sistemi