Türkiyə klubunda yeni baş məşqçi

Türkiyə klubunda yeni baş məşqçi Türkiyə Super Liqasında çıxış edən "Rizespor" komandasının yeni baş məşqçisi bəlli olub.
Futbol
15 İyul , 2020 14:54
Türkiyə klubunda yeni baş məşqçi
Styepan Tomas

Türkiyə Super Liqasında çıxış edən "Rizespor" komandasının yeni baş məşqçisi bəlli olub. 

"Report" "TRT Spor"a istinadən xəbər verir ki, əyalət təmsilçisi xorvatiyalı mütəxəssis Styepan Tomasa tapşırılıb. 

Tomas bu postda ötən gün istefa verən Ünal Karamanı əvəzləyib. O, hələ ki, mövsümün qalan hissəsində komandaya rəhbərlik edəcək. 

Qeyd edək ki, sona 2 tur qalmış "Rizəspor" 32 xalla 16-cı pillədə qərarlaşır.