Türkiyə klubunda koronavirusa yoluxan futbolçuların sayı 17-yə çatdı

Türkiyə klubunda koronavirusa yoluxan futbolçuların sayı 17-yə çatdı Türkiyənin "Hatayspor" komandasında koronavirusa yoluxan futbolçuların sayı artıb.
Futbol
760
16 Oktyabr , 2020 20:00
Türkiyə klubunda koronavirusa yoluxan futbolçuların sayı 17-yə çatdı

Türkiyənin "Hatayspor" komandasında koronavirusa yoluxan futbolçuların sayı artıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ömer Erdoğanda və daha 11 oyunçuda koronavirus aşkarlanıb.

Beləliklə, "Hatayspor"un 17 futbolçusunun infeksiyaya yoluxduğu bəlli olub.

Qeyd edək ki, "Hatayspor" Türkiyə Super Liqasının V turunda "Erzurumspor"la qarşılaşmalıdır. Oktyabrın 18-də keçiriləcək matç Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi