Türkiyə klubu transfer qadağasına görə Azərbaycan millisinin futbolçusuna müraciət edib

Türkiyə klubu transfer qadağasına görə Azərbaycan millisinin futbolçusuna müraciət edib Bakı. 2 avqust. REPORT.AZ/ Türkiyənin Manisaspor klubu UEFA-nın tətbiq etdiyi transfer qadağasının aradan qaldırılması üçün Azərbaycan millisinin futbolçusu Ufuk Budaka müraciət edib.
Futbol
2 Avqust , 2018 13:50
Türkiyə klubu transfer qadağasına görə Azərbaycan millisinin futbolçusuna müraciət edib
0 : 00
0 : 00

Bakı. 2 avqust. REPORT.AZ/ Türkiyənin "Manisaspor" klubu UEFA-nın tətbiq etdiyi transfer qadağasının aradan qaldırılması üçün Azərbaycan millisinin futbolçusu Ufuk Budaka müraciət edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, II liqasında çıxış edən komanda "Boluspor" klubuna transfer olan 28 yaşlı müdafiəçi ilə danışıqlara başlayıb. Budakın alacağı pullardan imtina etməsi halında, problem həllini tapa bilər.

Qeyd edək ki, "Manisaspor" klubu keçmiş futbolçularının məvacibini ödəyə bilmədiyi üçün transfer qadağası ilə üzləşib. Budak 2017-ci ildə "Manisaspor"dan çıxış edib.

Son xəbərlər

Orphus sistemi