Türkiyə klubu transfer qadağası ilə üzləşib

Türkiyə klubu transfer qadağası ilə üzləşib FIFA Türkiyənin "Hatayspor" klubuna transfer qadağası tətbiq edib
Futbol
173
14 Oktyabr , 2021 10:50
Türkiyə klubu transfer qadağası ilə üzləşib

FIFA Türkiyənin "Hatayspor" klubuna transfer qadağası tətbiq edib.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, buna klubun sabiq futbolçusu David Akintolaya 100 000 avro borcunu ödəməməsi səbəb olub.

Superliqa təmsilçisinin cəzası nigeriyalı vingerə ödəniş baş tutduqdan sonra aradan qaldırılacaq.

Qeyd edək ki, David Akintola 2020/2021 mövsümündə "Hatayspor"da çıxış edib. O, iyulda "Adana Demirspor"la müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi