Türkiyə klubu "Qarabağ"ın futbolçusunu alır

Türkiyə klubu "Qarabağ"ın futbolçusunu alır Müqavilə ilə "Qarabağ"a məxsus olan futbolçu Ovusu Kvabena Türkiyənin "Ankaragücü" klubunda qalacaq.
Futbol
27 Aprel , 2022 09:10
Türkiyə klubu Qarabağın futbolçusunu alır

Müqavilə ilə "Qarabağ"a məxsus olan futbolçu Ovusu Kvabena Türkiyənin "Ankaragücü" klubunda qalacaq.

"Report" "GHANASoccernet" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı hücumçunun çıxışından razıdır.

Klub icarə əsasında oynayan qanalı forvard ilə daimi müqavilə bağlamaq niyyətindədir. "Qarabağ"ın Kvabenanın satışından qazanc əldə edəcəyi bildirilib.

Oyunçu ilə maraqlanan Türkiyənin digər klubları "Ankaragücü" və "Qarabağ" arasındakı danışıqları izləyirlər. Onlar paytaxt klubunun ən yaxşı futbolçularından sayılan Kvabenanı əldə etməkdə maraqlıdırlar.

Qeyd edək ki, Ovusu Kvabenanın "Qarabağ"la 2023-cü ilin yayınadək müqaviləsi var. O, cari mövsüm I Liqada meydana çıxdığı 20 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi