Türkiyə klubu "Neftçi"nin futbolçusu üçün təyyarə bileti göndərib
Futbol
- 12 avqust, 2021
- 10:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi"nin futbolçusu Namik Ələskərovun Türkiyənin "Buraspor" klubuna keçidi ilə bağlı problem həllini tapıb.
"Report" "bursahakimiyet.com.tr" saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi üçün tələb olunan 50 000 avro təzminat artıq Bakı klubunun hesabına köçürülüb. Hətta sözügedən məbləği oyunçunun özünün ödədiyi bildirilib.
İddiaya görə, I liqa təmsilçisi Ələskərovu Bursaya dəvət edib və onun üçün təyyarə bileti göndərib.
Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edir. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.
Son xəbərlər
05:24
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır
Digər ölkələr
05:05
Muğlada avtomobil elektrik dirəyinə çırpılıb, ölən və yaralananlar var
Region
04:33
Foto
INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
Digər ölkələr
04:02
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
Maliyyə
03:59
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
Region
03:43
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
İKT
03:10
Fransada etiraz aksiyalarında 200-dən çox adam saxlanılıb
Digər ölkələr
03:01
Ankarada iki ailə arasında silahlı davada 11 nəfər yaralanıb
Region
02:36
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
Digər ölkələr