Türkiyə klubu Namik Ələskərovun transferini açıqlayıb

Türkiyə klubu Namik Ələskərovun transferini açıqlayıb Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun keçidini açıqlayıb.
Futbol
14 Avqust , 2021 16:07
Türkiyə klubu Namik Ələskərovun transferini açıqlayıb

Türkiyənin I liqasında çıxış edən "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun keçidini açıqlayıb.

"Report" xəbər verir ki, Bursa təmsilçisi bununla bağlı rəsmi tvitter səhifəsində video paylaşıb.

"Neftçi"dən ayrılan 26 yaşlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edirdi. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.

Son xəbərlər

Orphus sistemi