Türkiyə klubu Mahir Emrelinin transferi üçün "Legiya"ya təklif göndərib

Türkiyə klubu Mahir Emrelinin transferi üçün "Legiya"ya təklif göndərib Türkiyənin "Sivaspor" klubu Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emrelini transfer etmək istəyir.
Futbol
18 Yanvar , 2022 19:11
Türkiyə klubu Mahir Emrelinin transferi üçün Legiyaya təklif göndərib
Mahir Emreli

Türkiyənin "Sivaspor" klubu Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emrelini transfer etmək istəyir.

"Report" xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Ertan Süzgün özünün tviter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Sivas klubu 25 yaşlı hücumçu ilə bağlı Varşava təmsilçisinə təklif göndərib: "Sivasspor" bu transferi başa çatdırmağa çalşır".

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Son xəbərlər

Orphus sistemi