Türkiyə klubu fikir ayrılığına görə baş məşqçisini göndərdi

Türkiyə klubu fikir ayrılığına görə baş məşqçisini göndərdi Türkiyə Super Liqasında çıxış edən "Kasımpaşa" klubu baş məşqçisi Mehmet Altıparmak ilə yollarını ayırıb.
Futbol
2 Noyabr , 2020 18:09
Türkiyə klubu fikir ayrılığına görə baş məşqçisini göndərdi
Mehmet Altıparmak

Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən "Kasımpaşa" klubu baş məşqçisi Mehmet Altıparmak ilə yollarını ayırıb.

"Report" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Rəhbərlik baş məşqçi ilə fikir ayrılığı səbəbindən vidalaşdığını açıqlayıb.

Qeyd edək ki, "Kasımpaşa" çempionatdakı sonuncu matçda "Trabzonspor"u səfərdə 4:3 hesabı ilə məğlub edib. Komanda 7 turdan sonra 11 xalla 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi