Türkiyə klubu bu mövsüm 3-cü baş məşqçi ilə vidalaşdı

Türkiyə klubu bu mövsüm 3-cü baş məşqçi ilə vidalaşdı Türkiyənin "Kasımpaşa" futbol komandasının baş məşqçisi Fuat Çapa istefaya göndərilib.
Futbol
22 Mart , 2021 14:43
Türkiyə klubu bu mövsüm 3-cü baş məşqçi ilə vidalaşdı
Fuat Çapa

Türkiyənin "Kasımpaşa" futbol komandasının baş məşqçisi Fuat Çapa istefaya göndərilib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu, cari mövsüm Superliqa təmsilçisində 3-cü baş məşqçi istefasıdır. Klub daha əvvəl Mehmet Altıparmak və İrfan Buzla vidalaşıb.

Qeyd edək ki, "Kasımpaşa" hazırda 31 xalla 15-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi