Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb 39 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib
Futbol
7 Mart , 2022 16:07
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb

Türkiyənin "Göztepe" klubu baş məşqçisi Nestor El Maestro ilə yollarını ayırıb.

"Report" İzmir təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

"Göztepe" serbiyalı baş məşqçiyə gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Nestor El Maestro 2021-ci il sentyabrın 8-dən komandaya rəhbərlik edib. "Göztepe" Türkiyə Super Liqasında 28 turdan sonra 27 xalla 17-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi