Türkiyə klubu 11 gün öncə təyin etdiyi baş məşqçi ilə vidalaşıb

Türkiyə klubu 11 gün öncə təyin etdiyi baş məşqçi ilə vidalaşıb Türkiyənin "Altay" klubu baş məşqçisi Mert Nobre ilə yollarını ayırıb.
Futbol
26 Yanvar , 2022 18:11
Türkiyə klubu 11 gün öncə təyin etdiyi baş məşqçi ilə vidalaşıb

Türkiyənin "Altay" klubu baş məşqçisi Mert Nobre ilə yollarını ayırıb.

"Report" Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Yanvarın 15-də İzmir klubunun sükanı arxasına keçmiş Nobre bu müddətdə komandasını 3 çempionat oyununa çıxarıb.

Qeyd edək ki, Mert Nobre "Altay"da Mustafa Dənizlini əvəzləmişdi.

Son xəbərlər

Orphus sistemi