Türkiyə klublarının transferlərə xərclədikləri məbləğ açıqlandı

Türkiyə klublarının transferlərə xərclədikləri məbləğ açıqlandı Türkiyə Super Liqasında çıxış edən klubların qış transfer dönəmində transferlərə xərclədikləri məbləğ bəlli olub.
Futbol
3 Fevral , 2021 16:15
Türkiyə klublarının transferlərə xərclədikləri məbləğ açıqlandı

Türkiyə Super Liqasında çıxış edən klubların qış transfer dönəmində transferlərə xərclədikləri məbləğ bəlli olub.

"Report" Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, orta hesabla oyunçuların keçidləri üçün hər klub 13.7 milyon TL xərcləyib.

Bu rəqəm ötən il 14 milyon TL olub. Yanvarın 5-dən fevralın 1-dək Superliqa təmsilçiləri 152 futbolçu üçün 288 milyon TL ödəyib. Bu rəqəm yay transfer dönəmində 122 oyunçu üçün 251 milyon TL idi.

Son xəbərlər

Orphus sistemi