​Türkiyə futbol ictimaiyyəti Şota Arveladzeni təbrik edib

​Türkiyə futbol ictimaiyyəti Şota Arveladzeni təbrik edib O, fair-play qaydalarına əməl etdiyi üçün böyük rəğbət qazanıb
Futbol
116
14 Mart , 2015 17:28
​Türkiyə futbol ictimaiyyəti Şota Arveladzeni təbrik edib

Bakı. 14 mart. REPORT.AZ/ Türkiyə Futbol Federasiyası "Kasımpaşa"nın baş məşqçisi postundan dünən gecə istefa verən Şota Arveladzeni təbrik edib. 

"Report"un məlumatına görə, təbrikə səbəb istefa yox, gürcüstanlı mütəxəssisin fair-play qaydalarına əməl etməsi olub.

TFF-nin rəsmi saytında Arveladzeyə ünvanlanan təşəkkür məktubunda bildirilib: "Konyaspor" - "Kasımpaşa" matçında yaşanan hadisə bütün futbol ictimaiyyətinin rəğbətini qazanıb. Zədə anında Ryan Donkun vurduğu qoldan sonra rəqibə hesabı bərabərləşdirmək şansı verən "Kasımpaşa" klubunun futbolçuları və baş məşqçi Şota Arveladzeyə təşəkkür edirik".

Bundan başqa, "Kayserispor" klubu da rəsmi saytı vasitəsilə sabiq baş məşqçisinə təşəkkür edib: "Klubumuzda baş məşqçiliyə başlayan və vacib uğurlara imza atan Şota Arveladze "Konyaspor"la oyundakı hərəkəti ilə bizə qürur hiss yaşadıb. Baş məşqçiliyinə və insanlığına həmişə hörmət etdiyimiz Arveladzeyə uğurlar arzu edirik"

Qeyd edək ki, "Konyaspor" - "Kasımpaşa" qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi