Türkiyə çempionu Azərbaycanı təbrik etdi

Türkiyə çempionu Azərbaycanı təbrik etdi Türkiyənin "Beşiktaş" futbol klubu 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.
Futbol
347
28 May , 2021 17:19
Türkiyə çempionu Azərbaycanı təbrik etdi

Türkiyənin "Beşiktaş" futbol klubu 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

"Report"un məlumatına görə, Superliqanın son çempionu bununla bağlı feysbuk səhifəsində iki ölkə bayrağının fotosunu paylaşıb.

Fotonun üzərində isə bu sözlər yazılıb: "Dost və qardaş ölkə Azərbaycanın Respublika Günü mübarək olsun".

Qeyd edək ki, daha əvvəl "Qalatasaray" klubu bu münasibətlə ölkəmizə təbrik ünvanlayıb.

Son xəbərlər

Orphus sistemi