Türkiyə çempionatında legioner limiti dəyişib

Türkiyə çempionatında legioner limiti dəyişib Türkiyə Futbol Federasiyası (TFF) I Liqada əcnəbi oyunçu sayıda dəyişiklik edib.
Futbol
28 Yanvar , 2022 11:27
Türkiyə çempionatında legioner limiti dəyişib

Türkiyə Futbol Federasiyası (TFF) I Liqada əcnəbi oyunçu sayıda dəyişiklik edib.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, 2022/2023 mövsümündə klubların daha öncə 5 legioner sifariş edə biləcəyini açıqlayan İcraiyyə Komitəsi bu sayı 7-yə yüksəldib. Lakin bu halda, futbolçulardan ən azı birinin təvəllüdü 1 yanvar 1999-cu il və daha sonrakı tarixlər olmalıdır.

Bundan başqa, TFF 2023/2024 mövsümü üçün müəyyənləşdirdiyi əcnəbi oyunçu sayını 5-dən 6-ya qaldırıb. Bu halda isə legionerlərdən birinin doğum tarixi 1 yanvar 2001-ci il və daha sonrakı tarixlər olmalıdır.

Legionerlərdən eyni vaxtda oynadıla bilənlərin sayı isə 2022/2023 və 2023/2024 mövsümlərində ən çoxu 4 olacaq.

Xatırladaq ki, hazırda Türkiyə L Liqasında iki azərbaycanlı futbolçu çıxış edir. Namik Ələskərov "Bursaspor"un, Vüsal İsgəndərli isə "Keçiörengücü"nün formasını geyinir.

Son xəbərlər

Orphus sistemi