Bakı. 7 may. REPORT.AZ/ Türkiyə Super Liqasında XXXII turun "Akhisar" - "Qalatasaray" matçında azyaşlı azarkeş təzyiqə məruz qalıb.
"Report"un məlumatına görə, həmin tərəfdar "Qalatasaray" forması geyindiyi üçün meydan sahiblərinin azarkeşlərinin mənfi reaksiyasına tuş gəlib. Uşağın yanında olan yaxınının ünvanına da bəzi nalayiq ifadələr işlədilib. "Akhisar"ın 1:2 hesabı ilə uduzması yerli fanatların bu iki şəxsə münasibətini daha da kəskinləşdirib. Daha sonra uşaq formasını gizlətmək üçün üzərindən başqa paltar geyinib.
Qeyd edək ki, 32 turdan sonra "Qalatasaray" 69 xalla 1-ci, "Akhisar" isə 36 xalla 14-cü pillədə qərarlaşıb.