"Turan Tovuz" son yoxlama oyununda qalib gəlib

"Turan Tovuz" son yoxlama oyununda qalib gəlib “Turan Tovuz” Gürcüstandakı təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib.
Futbol
29 İyul , 2022 20:36
Turan Tovuz son yoxlama oyununda qalib gəlib

“Turan Tovuz” Gürcüstandakı təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasına qayıdan klub Tbilisidə yüksək liqa təmsilçisi "Qaqra" ilə üz-üzə gəlib.

Tovuz komandası Ayxan Hüseynov və Natan Oduvanın qolları ilə meydandan 2:1 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, Gürcüstan toplanışını 2 qələbə, 1 heç-heçə ilə başa vuran komanda iyulun 30-da Vətənə dönəcək.

Son xəbərlər

Orphus sistemi