"Traktorsazi" ilə "Qarabağ" yox, "Zirə" qarşılaşacaq

"Traktorsazi" ilə "Qarabağ" yox, "Zirə" qarşılaşacaq Yanvarın 16-da keçiriləcək oyun saat 17-00-da başlayacaq
Futbol
10 Yanvar , 2016 23:28
Traktorsazi ilə Qarabağ yox, Zirə qarşılaşacaq

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakının "Zirə” klubunun Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı qarşılaşacağı daha bir rəqibin adı məlum olub. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, bu, İranın "Traktorsazi” komandası olacaq.

Yanvarın 16-da keçiriləcək oyun saat 17:00-da başlayacaq. Yanvarın 22-də isə "qartallar” Rumıniyanın "Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha öncə "Traktorsazi" ilə "Qarabağ"ın üz-üzə gələcəyi açıqlanmışdı. Oyun da elə yanvarın 16-na nəzərdə tutulmuşdu. Lakin sonradan Ağdam klubunun rəqibi dəyişib və Almaniyanın regional liqa təmsilçisi "Rot Vayss Essen" olub.

Son xəbərlər

Orphus sistemi