"Trabzonspor" Ramil Şeydayevin əvəzinə "Qəbələ"nin sabiq hücumçusunu transfer edir

"Trabzonspor" Ramil Şeydayevin əvəzinə "Qəbələ"nin sabiq hücumçusunu transfer edir Bakı. 4 avqust. REPORT.AZ/ Türkiyənin Trabzonspor klubu Qəbələnin sabiq futbolçusu Leonardo Da Silvanı transfer etmək istəyir.
Futbol
4 Avqust , 2018 11:43
Trabzonspor Ramil Şeydayevin əvəzinə Qəbələnin sabiq hücumçusunu transfer edir

Bakı. 4 avqust. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubu "Qəbələ"nin sabiq futbolçusu Leonardo Da Silvanı transfer etmək istəyir.

"Report"un Serbiya mətbuatına istinadən məlumatına görə, azad agent statusuna malik braziliyalı hücumçu ilə ilkin razılığa gəlinib. Hazırda onunla danışıqların tamamlanma mərhələsində olduğu bildirilir. Lakin hələlik "Trabzonspor"dan heç bir açıqlama verilmir.

26 yaşlı forvardın son iş yeri 19 qarşılaşmada 10 qola imza atdığı Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandası olub. "Sambaçı" 2013-2014 mövsümündə çıxış etdiyi "Qəbələ"də 31 oyuna 7 qol vurub. O, karyerasında ən yaxşı oyununu 2016-2017 mövsümündə Serbiya "Partizan"ında sərgiləyib. Da Silva 34 matçda 24 dəfə fərqlənib.

Qeyd edək ki, "Trabzonspor"un hücum xəttində Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev də yer alıb. Lakin gənc forvardın Avstriya "Mattersburq"una icarəyə veriləcəyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi