Bakı. 3 iyul. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" futbol klubuna yeni baş məşqçi təyin olunub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bundan sonra komandaya Şota Arveladze rəhbərlik edəcək.
Gürcüstanlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, yeni klubunda ildə 1 milyon 200 min avro qazanacaq.
Qeyd edək ki, Şota Arveladze bundan əvvəl Türkiyənin "Kayserispor" və "Kasımpaşa" klublarında baş məşqçi kimi fəaliyyət göstərib.