"Trabzonspor" azarkeşləri çempionluq oyunundan əvvəl Şuşaya gedib

Futbol
  • 26 aprel, 2022
  • 07:12
Trabzonspor azarkeşləri çempionluq oyunundan əvvəl Şuşaya gedib

"Trabzonspor" klubunun azarkeşləri Türkiyə Super Liqasında "Antalyaspor"a qarşı keçirəcəkləri XXXV tur oyunundan əvvəl Şuşaya səfər edib.

"Report"un məlumatına görə, fanatlar Şuşa qalasının qarşısında klubun nəhəng bayrağını açıblar.

Tərəfdarlar Qara dəniz təmsilçisinin dəyişməz ifadəsi olan "Bizə hər yer Trabzon" şüarını səsləndiriblər.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək "Trabzonspor" - "Antalyaspor" matçı Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Meydan sahibləri rəqibinə uduzmasa, çempionluğu təmin edəcək.

44 filmi