Tottinin səsini eşidən futbolçu uzunmüddətli komadan ayıldı

Tottinin səsini eşidən futbolçu uzunmüddətli komadan ayıldı İtaliyada qeyri-adi hadisə baş verib.
Futbol
28 Sentyabr , 2020 17:40
Tottinin səsini eşidən futbolçu uzunmüddətli komadan ayıldı
İlenia Matilli

İtaliyada qeyri-adi hadisə baş verib.

"Report" "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, "Latsio"nin qadınlardan ibarət komandasının futbolçusu İlenia Matilli 9 aylıq koma vəziyyətindən "Roma"nın əfsanəvi kapitanı Françesko Tottinin səsini eşitdikdən sonra çıxıb.

Avtoqəza nəticəsində komaya düşən gənc oyunçunu oyatmaq üçün ailəsi uzun müddət ona çox sevdiyi "Roma"nın himnini dinlətsə də, heç bir nəticə verməyib. Məsələdən tanışlar vasitəsilə xəbər tutan Totti Matilli üçün videomüraciət edib. Veteran hücumçu müraciətində "İlenia, təslim olma, hamımız səninləyik" deyib.

Dəfələrlə bu sözləri eşidən futbolçu tədricən komadan çıxmağa başlayıb. Onun ilk arzusu kumirini görmək olub. Bu gün isə İtaliya millisinin keçmiş forvardı xəstəxanaya gedərək Matilli ilə görüşüb.

Qeyd edək ki, Françesko Totti karyerası ərzində yalnız "Roma"nın (1992 - 2017) formasını geyinib.

Son xəbərlər

Orphus sistemi