"Tottenhem" Qaret Beyli "Real Madrid"ə qaytarır

"Tottenhem" Qaret Beyli "Real Madrid"ə qaytarır İngiltərənin "Tottenhem" klubu futbolçusu Qaret Beyli komandada saxlamaq istəmir.
Futbol
15 Yanvar , 2021 10:32
Tottenhem Qaret Beyli Real Madridə qaytarır
Qaret Beyl

İngiltərənin "Tottenhem" klubu futbolçusu Qaret Beyli komandada saxlamaq istəmir.

"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi İspaniya "Real Madrid"indən icarəyə götürülən 32 yaşlı hücumçunu geri qaytarmaq niyyətindədir.

Rəhbərlik yayda icarə müddəti bitəcək uelsli oyunçu ilə vidalaşacaq.

Qeyd edək ki, Qaret Beyl 2020/2021 mövsümündə "Tottenhem" forması ilə 12 matça çıxıb və 3 qol vurub. Onun "Real Madrid"lə müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Beyl 2013-cü ildə Madrid klubuna məhz "Tottenhem"dən keçib.

Son xəbərlər

Orphus sistemi