"Tottenhem" - "Qarabağ" matçının hakimi daha əvvəl iki dəfə Azərbaycan klublarının oyununu idarə edib - ARAŞDIRMA

"Tottenhem" - "Qarabağ" matçının hakimi daha əvvəl iki dəfə Azərbaycan klublarının oyununu idarə edib - ARAŞDIRMA "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsinin I turunda İngiltərədə yerli "Tottenhem" komandası ilə matçını idarə edəcək Villi Delajo daha əvvəl iki dəfə Azərbaycan təmsilçisinin matçının iş başında olub.
Futbol
25 Sentyabr , 2024 10:44
Tottenhem - Qarabağ matçının hakimi daha əvvəl iki dəfə Azərbaycan klublarının oyununu idarə edib - ARAŞDIRMA
Villi Delajo

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsinin I turunda İngiltərədə yerli "Tottenhem" komandası ilə matçını idarə edəcək Villi Delajo daha əvvəl iki dəfə Azərbaycan təmsilçisinin matçında iş başında olub.

"Report"un məlumatına görə, 32 yaşlı FIFA referisi 2023/2024 mövsümündə "köhlən atlar"ın bu turnirdəki qarşılaşmasına da təyinat alıb.

Fransalı ədalət təmsilçisi Ağdam klubunun Finlandiyada HİK-i 2:1 hesabı ilə məğlub etdiyi III təsnifat mərhələsinin cavab görüşündə fitini səsləndirib. O, 16-cı dəqiqədə Helsinki komandasından Kevin Kuassivi-Benissanı birbaşa qırmızı vərəqə göstərərək meydandan qovub.

2020-ci ildən beynəlxalq oyunlara təyinat alan Delajo Bakıya da gəlib. Referi 2021/2022 mövsümündə "Neftçi"nin İsrailin "Makkabi" (Hayfa) klubu ilə heç-heçə etdiyi (3:3) Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında meydanda ədaləti qoruyub. O, həmin vaxt 77-ci dəqiqədə "ağ-qaralar"ın futbolçusu İsmayıl Zülfüqarlını birbaşa qırmızı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi