"Tottenhem" Joze Mourinyonu qovdu

"Tottenhem" Joze Mourinyonu qovdu 58 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib
Futbol
19 Aprel , 2021 13:31
Tottenhem Joze Mourinyonu qovdu
Joze Mourinyo

İngiltərənin "Tottenhem" klubu baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırıb.

"Report" "The Telegraph"a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

Qeyd edək ki, portuqalıiyalı baş məşqçi 2019-cu ildən London klubunda işləyib. "Tottenhem" Premyer Liqada 32 oyundan sonra 50 xalla 7-ci pillədə qərarlaşıb. Onun sözləşməsi 2023-cü ilin yayında başa çatmalı idi.

Son xəbərlər

Orphus sistemi