"Tottenhem" İngiltərə kubokunda meydana çıxmadan mərhələ adladı

"Tottenhem" İngiltərə kubokunda meydana çıxmadan mərhələ adladı İngiltərə Futbol Federasiyası Liqa Kubokunun 1/16 final mərhələsində baş tutmayan "Leyton Oriyent" - "Tottenhem" oyunu ilə bağlı qərarını açıqlayıb.
Futbol
25 Sentyabr , 2020 15:36
Tottenhem İngiltərə kubokunda meydana çıxmadan mərhələ adladı

İngiltərə Futbol Federasiyası Liqa Kubokunun 1/16 final mərhələsində baş tutmayan "Leyton Orient" - "Tottenhem" oyunu ilə bağlı qərarını açıqlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, qonaqlara texniki qələbə verilib. London təmsilçisi meydana çıxmadan 1/8 finala vəsiqə qazanıb.

"Tottenhem" bu raundda "Çelsi" ilə qarşılaşacaq.

Qeyd edək ki, "Leyton Oriyent" - "Tottenhem" matçı meydan sahiblərinin heyətində koronavirusa yoluxma halı aşkarlandığı üçün təxirə salınıb. Premyer Liqanın təqvimindəki sıx qrafik səbəbindən görüşü başqa vaxta təyin etmək mümkün olmayıb. Nəticədə federasiya aşağı liqa təmsilçisinə texniki məğlubiyyət verib.

Son xəbərlər

Orphus sistemi