"Tottenhem"in futbolçusunun evi ailəsinin gözü qarşısında qarət olundu

"Tottenhem"in futbolçusunun evi ailəsinin gözü qarşısında qarət olundu İngiltərənin Tottenhem klubunun futbolçusu Yan Vertongenin evini 4 naməlum şəxs qarət edib.
Futbol
15 Mart , 2020 13:20
Tottenhemin futbolçusunun evi ailəsinin gözü qarşısında qarət olundu

İngiltərənin "Tottenhem" klubunun futbolçusu Yan Vertongenin evini 4 naməlum şəxs qarət edib. 

"Report"un "Daily Mail"ə istinadən məlumatına görə, insident martın 10-da "Tottenhem"in Almaniyada "Leyptsiq"lə keçirdiyi Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü zamanı baş verib.

Həmin vaxt mənzildə 33 yaşlı müdafiəçinin həyat yoldaşı və iki uşağı olub. Qarətçilər ailə üzvlərini bıçaq və maçete ilə hədələyərək, evdən qiymətli əşyalar və pul aparıblar. Belçikalı futbolçunun ailəsinə heç bir bədən xəsarəti yetirilməyib. Hazırda polis araşdırma aparır və şahidləri dindirir.

Qeyd edək ki, bu mövsüm Yan Vertongen İngiltərə Premyer Liqasında 19 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda "Tottenhem" 29 oyundan 41 xalla 8-ci yerdədir. Çempionlar Liqasında isə London təmsilçisi "Leyptsiq"ə evdə 0:1, səfərdə 0:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. 

Son xəbərlər

Orphus sistemi