"Tottenhem"in futbolçuları karantini pozduqları üçün cərimələndi

"Tottenhem"in futbolçuları karantini pozduqları üçün cərimələndi İngiltərənin "Tottenhem" klubu futbolçuları Serxio Regilon, Covanni Lo Selso və Erik Lamelanı cəzalandırıb.
Futbol
5 Yanvar , 2021 18:05
Tottenhemin futbolçuları karantini pozduqları üçün cərimələndi

İngiltərənin "Tottenhem" klubu futbolçuları Serxio Regilon, Covanni Lo Selso və Erik Lamelanı cəzalandırıb.

"Report" "The Atletic" nəşrinə istinadən xəbər verir ki, hər üç oyunçu karantin qaydalarını pozduqları üçün cərimələniblər.

Milad bayramını "Vest Hem"in yarımmüdafiəçisi Manuel Lansini ilə qeyd edən futbolçular daha sonra birlikdə çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıblar.

London klubu oyunçuların məsuliyyətsiz davranışını bağışlamayıb.

Son xəbərlər

Orphus sistemi