"Tottenhem" İngiltərə millisinin futbolçusu ilə müqavilə müddətini uzadıb

Futbol
  • 30 oktyabr, 2018
  • 12:33
Tottenhem İngiltərə millisinin futbolçusu ilə müqavilə müddətini uzadıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ İngiltərənin "Tottenhem" klubu futbolçusu Dele Alli ilə müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə millisinin 22 yaşlı yarımmüdafiəçisi London təmsilçisi ilə 2024-cü ilə qədər sözləşmə imzalayıb.

Qeyd edək ki, Dele Alli 2015-ci ilin fevralında İngiltərənin "Milton Kins Dons" klubundan 5 milyon avro qarşılığında "Tottenhem"ə transfer olunub. Həmin vaxt onunla 5,5 illik müqavilə bağlanılıb.