"Torino"nun futbolçusu Rusiya klubu ilə razılığa gəlib
Futbol
- 03 iyul, 2024
- 09:40
İtaliyanın "Torino" klubunun yarımmüdafiəçisi İvan İliç "Zenit"lə razılığa gəlib.
"Report" "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, transferin məbləği 25 milyon avro olacaq ki, bunun 3 milyon avrosunu Rusiya klubu futbolçuya bonus kimi ödəyəcək.
"Torino" klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq İ.İliçin dəyərini "Transfermarkt" portalı 18 milyon avro qiymətləndirir. 23 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayında 16,5 milyon avroya "Verona" klubundan "Torino"ya keçib.
Qeyd edək ki, yarımmüdafiəçi 2023/2024 mövsümündə meydana çıxdığı 36 matçda 4 qola, 3 məhsuldar ötürməyə imza atıb. Serbiya millisinin üzvü Almaniyada təşkil olunan Avropa çempionatında 3 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
11:31
Azərbaycanda sənayedə təhlükəsizlik üzrə anlaşma memorandumu imzalanıb
Sənaye11:30
Elektron xidmətlərin təşkili və göstərilməsi qaydası təsdiqlənib
Daxili siyasət11:28
SOCAR emal müəssisələrində proses təhlükəsizliyi üzrə yeni mərhələ başlayır
Energetika11:25
Anar Bağırov: Mədəniyyət hüququ mühitdən kənarda mövcud ola bilməz
Mədəniyyət siyasəti11:24
Gələn il "MyLift" elektron platforması istifadəyə veriləcək
Sənaye11:23
İşçilərin sayı 50-dən çox olan iş yerlərində yeni vəzifə təsis ediləcək
Milli Məclis11:22
Bakıda Türkiyə-Azərbaycan İş Forumu keçiriləcək
Biznes11:22
"Qarabağ" - "Ayaks": Azərbaycan çempionunun Niderland təmsilçiləri ilə altıncı dueli
Futbol11:20
Foto