​Topaz Premyer Liqası: "Qarabağ" və "Neftçi" xalları yarı böldü

​Topaz Premyer Liqası: "Qarabağ" və "Neftçi" xalları yarı böldü Matçı milli komandanın baş məşqçisi Robert Prosineçki də izləyib
Futbol
2509
7 Dekabr , 2014 18:35
​Topaz Premyer Liqası: Qarabağ və Neftçi xalları yarı böldü

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün Topaz Premyer Liqasında XV turun növbəti oyunları keçirilib.

"Report" xəbər verir ki, turun mərkəzi görüşü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Hakim Elvin Əsgərovun idarə erdiyi oyunda Ağdamın "Qarabağ" klubu Bakının "Neftçi" kollektivini qəbul edib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Matçı Azərbaycan milli komandasının yeni təyin olunmuş baş məşqçisi Robert Prosineçki də izləyib.

Turun digər oyunlarının nəticələri:

"Sumqayıt" - 2:1 - "Simurq"

“Xəzər Lənkəran”- 3:0 - “Qəbələ” (hazırda davam edir)

"İnter" - 1:0 - "Azal" (hazırda davam edir).

Son xəbərlər

Orphus sistemi