Çempionlar Liqasının bombardirləri siyahısında yeni hücumçu

Çempionlar Liqasının bombardirləri siyahısında yeni hücumçu Almaniyanın "Bavariya" komandasının futbolçusu Tomas Müllər Çempionlar Liqasında yeni uğura imza atıb.
Futbol
993
2 Dekabr , 2020 09:10
Çempionlar Liqasının bombardirləri siyahısında yeni hücumçu

Almaniyanın "Bavariya" komandasının futbolçusu Tomas Müllər Çempionlar Liqasında yeni uğura imza atıb.

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu turnirin bombardirləri siyahısında ilk "10-luğ"a daxil olub.

Təcrübəli forvard qrup mərhələsinin V turunda İspaniyada Madrid "Atletiko"su ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdə fərqlənib. Bu, Müllerin turnirdə 47-ci qolu olub.

Çempionlar Liqasında ən çox qolu İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldu vurub - 131. İspaniyanın "Barselona" komandasında oynayan Lionel Messi 118 qolla ikinci, Almaniya "Bavariya"sında çıxış edən Robert Levandovski isə üçüncüdür - 71.

Son xəbərlər

Orphus sistemi