Tomas Bax: "Rusiya idmançılarının beynəlxalq yarışlara qayıtması ilə bağlı hələlik nəticə yoxdur"

Futbol
  • 17 mart, 2025
  • 17:46
Tomas Bax: Rusiya idmançılarının beynəlxalq yarışlara qayıtması ilə bağlı hələlik nəticə yoxdur

Rusiya idmançılarının beynəlxalq yarışlara qayıtması ilə bağlı hələlik konkret nəticə yoxdur.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax jurnalistlərə açıqlamasında deyib.

O, Rusiya Olimpiya Komitəsi ilə həmişə işçi səviyyəsində əlaqə saxladıqlarını bildirib:

"Əlaqə mənim və İcraiyyə Komitəsinin səviyyəsində deyil. İdmançıların bərpası üçün şərtlər çox aydındır. Onlar qaydalara əməl etməlidirlər".

Qeyd edək ki, IOC Ukrayna ilə müharibə səbəbindən 2022-ci ildə Rusiya idmançılarının beynəlxalq yarışda iştirakını qadağan etmişdi. Lakin bir il sonra onların neytral idmançılar (silahlı qüvvələrlə bağlı olmayanlar) kimi turnirlərə qatılmasına icazə verilib.