Tokio olimpiadasının təxirə salınma variantı nəzərdən keçirilir

Tokio olimpiadasının təxirə salınma variantı nəzərdən keçirilir Tokio-2020 Yay Olimpiya Oyunlarının təşkilatçıları olimpiadanın koronavirus pandemiyası ilə əlaqədar daha gec tarixə təxirə salınması istiqamətində mümkün variantları nəzərdən keçirməyə başlayıblar.
Futbol
22 Mart , 2020 13:09
Tokio olimpiadasının təxirə salınma variantı nəzərdən keçirilir

Tokio-2020 Yay Olimpiya Oyunlarının təşkilatçıları olimpiadanın koronavirus pandemiyası ilə əlaqədar daha gec tarixə təxirə salınması istiqamətində mümkün variantları nəzərdən keçirməyə başlayıblar. 

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi vəziyyətlə tanış olan iki mənbəyə istinadən məlumat yayıb. Mənbələrdən biri onlardan Oyunların təxirə salınma halına simulyasiya etməyin xahiş olunduğunu söyləyib. Digəri isə deyib: "Biz alternativ planlar üzərində işləyir, təxirəsalmanın müxtəlif müddətlərini öyrənirik". 

Təşkilatçıların olimpiadanın azarkeşsiz keçirilmə variantını da nəzərdən keçirdikləri bildirilir. Hərçənd, daha əvvəl Beynəlxalq Olimpiya Komitəsi (IOC) əvvəllər belə variantı təkzib edib. Yekun qərarı da IOC verəcək. Amma bu qurum Yaponiyanın tələblərini də nəzərə almağa çalışacaq. 

Qeyd edək ki, Tokio-2020 24 iyul - 9 avqustda keçiriləcək. Koronavirus pandemiyası ilə əlaqədar bütün böyük yarışlar ləğv olunub və ya təxirə salınıb. 

Son xəbərlər

Orphus sistemi