Tokio olimpiadasının proqramı və məkanları təsdiqləndi

Tokio olimpiadasının proqramı və məkanları təsdiqləndi Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının proqramını və məkanını təsdiqləyib.
Futbol
17 İyul , 2020 16:54
Tokio olimpiadasının proqramı və məkanları təsdiqləndi

Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının proqramını və keçiriləcəyi məkanları təsdiqləyib. 

"Report" qurumun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, yarışın yeni cədvəli 2020-ci il versiyası əsasında təsdiqlənib. Yəni, təqvimdə hər hansı dəyişiklik edilməyib.

Tokio-2020 Yay Olimpiya Oyunları planlaşdırıldığı kimi 2021-ci il 23 iyul - 8 avqustda gerçəkləşəcək. Qərarlar IOC-un bu gün baş tutan 136-cı Sessiyasında qəbul edilib. 

IOC həmçinin idmançılarının qalacağı yerlər, mətbuat və teleyayım mərkəzləri ilə bağlı qərarını da açıqlayıb.

Qeyd edək ki, Tokio olimpiadası martın sonunda növbəti ilə təxirə salınıb. 

Son xəbərlər

Orphus sistemi