Tokio-2020: Qadınların futbol turnirində bürünc medalçı bəlli olub

Tokio-2020: Qadınların futbol turnirində bürünc medalçı bəlli olub Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol turnirinin bürünc mükafatçısı müəyyənləşib.
Futbol
5 Avqust , 2021 14:57
Tokio-2020: Qadınların futbol turnirində bürünc medalçı bəlli olub

Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol turnirinin bürünc mükafatçısı müəyyənləşib.

"Report"un məlumatına görə, Avstraliya yığmasını 4:3 hesabı ilə məğlub edən ABŞ millisi 3-cü yeri tutub.

ABŞ-ın heyətində Meqan Rapino və Karli Lloyd dubl edib. Avstraliyanın qollarını isə Sam Kerr, Keytlin Ford və Emili Gilnik vurublar.

Qeyd edək ki, turnirin final matçında İsveç və Kanada yığmaları üz-üzə gələcəklər. Görüş avqustun 6-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi