Tofiq Bəhramovun 90 illik yubileyi qeyd olunacaq

Tofiq Bəhramovun 90 illik yubileyi qeyd olunacaq Sabiq FIFA referiləri Bakıya gəlib
Futbol
28 Yanvar , 2015 13:23
Tofiq Bəhramovun 90 illik yubileyi qeyd olunacaq

Bakı. 28 yanvar. REPORT.AZ/ Yanvarın 29-da dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun anadan olmasının 90 illik yubiley tədbirləri keçiriləcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məqsədlə sabiq FIFA referiləri Miroslav Stupar (Ukrayna), Nikolay Levnikov (Rusiya) və Vadim Juk (Belarus) Bakıya dəvət olunub. 

Onlar sabah AFFA rəsmiləri, veteran və hazırda fəaliyyətini davam etdirən hakimlər, ölkə futbol ictimaiyyətinin nümayəndələri ilə birgə Tofiq Bəhramovun məzarını ziyarət edəcəklər. Ardından “Neftçi”nin veteranlardan ibarət komandası ilə hakimlərdən təşkil olunmuş komanda arasında Olimpiya Yığmalarının Təlim-Məşq Bazasında yoldaşlıq oyunu keçiriləcək. 

Qeyd edək ki, Tofiq Bəhramov daha çox 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatının finalında verdiyi məlum qərarla dünya futbol tarixinə düşüb. O, AFFA Hakimlər Komitəsinin ilk sədri və AFFA-nın baş katibi vəzifələrində də çalışıb. 

Son xəbərlər

Orphus sistemi