Tofiq Bəhramov adına Respublika stadionuna yeni direktor təyin olunub

Tofiq Bəhramov adına Respublika stadionuna yeni direktor təyin olunub Akif İsmayılovu Şamil Quliyev əvəzləyib
Futbol
638
14 Oktyabr , 2015 13:57
Tofiq Bəhramov adına Respublika stadionuna yeni direktor təyin olunub

Bakı. 14 oktyabr. REPORT.AZ/ Tofiq Bəhramov adına Respublika Stadionuna yeni direktor təyin olunub. "Report"un məlumatına görə, bu, Şamil Quliyevdir. 

O, yeni vəzifədə ötən ay səhhəti ilə əlaqədar istefa vermiş Akif İsmayılovu əvəzləyib. Artıq yeni direktor Gənclər və İdman Nazirliyinin nümayəndəsi tərəfindən kollektivə təqdim olunub. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova "Report"a açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ki, Ş.Quliyev müvəqqəti olaraq, Respublika stadionunun direktoru vəzifəsinə təyinat alıb.  

Qeyd edək ki, Şamil Quliyev idman sahəsində yenidir. Onun əvvəllər hüquq-mühafizə orqanları sistemində çalışdığı bildirilir. 

Son xəbərlər

Orphus sistemi