Tibo Kurtua mundiallarda ən çox oyun keçirən qapıçılar sırasında ilk "üçlüy"ə daxil olub
Futbol
- 07 iyul, 2026
- 11:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Belçika millisinin qapıçısı Tibo Kurtua dünya çempionatlarında ən çox oyuna çıxan qapıçıların siyahısında ilk "üçlüy"ə yüksəlib.
"Report" xəbər verir ki, 34 yaşlı qolkiper buna DÇ-2026-nın 1/8 final mərhələsində ABŞ yığması ilə matçda iştirak etməklə nail olub.
Bu, təcrübəli oyunçunun mundiallarda 20-ci qarşılaşmasıdır. Kurtua fransalı həmkarı Uqo Lyorislə birlikdə 2-3-cü yerləri bölüşdürür.
Mütləq rekord isə almaniyalı Manuel Noyerə (23) məxsusdur. Uruqvaylı Fernando Muslera (19) dördüncü, braziliyalı Klaudio Taffarel və almaniyalı Zepp Mayer (hər ikisi 18) növbəti sıralarda qərarlaşıblar.
Xatırladaq ki, Belçika 1/8 finalda ABŞ-ni 4:1 hesabı ilə üstələyib. DÇ-2026 iyulun 19-da başa çatacaq.
Son xəbərlər
23:06
Zəfər Günü ilə bağlı Daşkənddə rəsmi qəbul keçirilib
Xarici siyasət
22:57
Britaniya miqrantlar üçün daimi yaşayış icazəsi almaq müddətini artıracaq
Digər ölkələr
22:46
Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb
Region
22:30
Tramp CAR və Ruandanı ABŞ-nin ticarət güzəştlərindən məhrum etmək qərarına gəlib
Digər ölkələr
22:22
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
Futbol
22:20
Türkiyədə yenidən zəlzələ olub
Region
22:11
"Sumqayıt"ın baş məşqçisi Filipe Kandido: "Nəticə ilə barışmalıyıq"
Futbol
22:09
Rusiyanın Zaporojyeyə zərbəsi nəticəsində ölənlərin sayı 24-ə çatıb - Yenilənib
Digər ölkələr
21:54
Sabah Azərbaycanın üç rayonunda işıq olmayacaq
Energetika