"The Best": Ronaldu 7-ci, Mbappe 8-ci olub

"The Best": Ronaldu 7-ci, Mbappe 8-ci olub FIFA 2021-ci ilin ən yaxşı oyunçusu mükafatı üçün səsvermənin nəticələrini açıqlayıb.
Futbol
1377
18 Yanvar , 2022 09:02
The Best: Ronaldu 7-ci, Mbappe 8-ci olub

FIFA 2021-ci ilin ən yaxşı oyunçusu mükafatı üçün səsvermənin nəticələrini açıqlayıb.

"Report"un məlumatına görə, sorğuda milli komandaların baş məşqçiləri və kapitanları, həmçinin media nümayəndələri ilə azarkeşlər iştirak ediblər.

Ümumilikdə 11 futbolçu xal qazana bilib.

Almaniyanın "Bavariya" klubunun polşalı hücumçusu Robert Levandovski 48 xalla qalib olub. Fransa PSJ-sində çıxış edən argentinalı Lionel Messi 44 xalla ikinci, İngiltərənin "Liverpul" klubunun misirli oyunçusu Məhəmməd Salah üçüncü yeri tutub.

1. Robert Levandovski ("Bavariya", Almaniya) - 48 xal

2. Lionel Messi (PSJ, Fransa) - 44

3. Məhəmməd Salah ("Liverpul", İngiltərə) - 39

4. Kərim Benzema ("Real Madrid", İspaniya) - 30

5-6. N Qolo Kante ("Çelsi", İngiltərə) - 24

5-6. Jorjinyo ("Çelsi") - 24

7. Kriştianu Ronaldu ("Mançester Yunayted", İngiltərə) - 23

8. Kilian Mbappe (PSJ) - 16

9. Kevin De Brüyne ("Mançester Siti", İngiltərə) - 11

10. Neymar (PSJ) - 10

11. Erlinq Holann ("Borussiya" Dortmund, Almaniya)

Qeyd edək ki, Robert Levandovski ardıcıl ikinci dəfə "The Best" mükafatına sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi