"The Best": FIFA Fair Play mükafatına namizədləri açıqlayıb

"The Best": FIFA Fair Play mükafatına namizədləri açıqlayıb FIFA 2021-ci ilin Fair Play mükafatına namizədləri açıqlayıb.
Futbol
23 Noyabr , 2021 22:58
The Best: FIFA Fair Play mükafatına namizədləri açıqlayıb

FIFA 2021-ci ilin Fair Play mükafatına namizədləri açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, mükafata iddialılardan biri Danimarka millisidir. Ali futbol qurumu Skandinaviya təmsilçisinin evdə Finlandiyaya 0:1 hesabı ilə uduzduğu AVRO-2020-nin qrup matçı zamanı kapitan Kristian Eriksenin infarkt keçirməsindən sonra yığma üzvlərinin, tibbi heyətinin və əməkdaşlarının davranışını qeyd edib.

Mükafata digər iddialı italiyalı baş məşqçi Klaudio Ranyeridir. 70 yaşlı mütəxəssis ötən mövsüm "Sampdoriya"nın sükanı arxasında olarkən futbolçularından A Seriyasının qalibi olmuş "İnter" komandası üçün çempionluq dəhlizi qurmağı xahiş etmişdi.

FIFA-nın açıqladığı siyahıda üçüncü namizəd Şotlandiya "Seltik"inin kapitanı Skott Braundur. O, "Reyncers"in evdə Çexiyanın "Slaviya" (Praqa) komandasına 0:2 hesabı ilə məğlub olduğu görüşdə irqçi təhqirlərə məruz qalan meydan sahiblərinin futbolçusu Qlenn Kamaraya dəstək məqsədilə məktub yazmışdı.

Qeyd edək ki, "The Best" mükafatı 2022-ci il yanvarın 17-də təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi