Yeni Zelandiyadakı terror qurbanları İngiltərə-Çexiya oyununda yad olunacaq

Yeni Zelandiyadakı terror qurbanları İngiltərə-Çexiya oyununda yad olunacaq
Futbol
18 Mart , 2019 19:11
Yeni Zelandiyadakı terror qurbanları İngiltərə-Çexiya oyununda yad olunacaq

AVRO-2020-nin seçmə mərhələsinin I turunda keçiriləcək İngiltərə-Çexiya matçında Yeni Zelandiyada törədilmiş terror qurbanlarının xatirəsi yad olunacaq.

"Report" xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Qeyd edək ki, İngiltərə-Çexiya matçı martın 22-də Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Terror hadisəsi martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərindəki məscidlərdə baş verib. Son məlumata görə, hadisə nəticəsində 50 nəfər ölüb, eyni sayda insan yaralanıb. Hadisəni törədən Brenton Tarrant aprelin 5-də məhkəmə qarşısına çıxacaq.